Hövzə Xəbər Agentliyinin tərcümə şöbəsinin məlumatına görə, Livanda "قولنا و العمل" "Söz və əməl cəmiyyəti" cəmiyyətinin rəhbəri Şeyx Əhməd əl-Qatan Bəqaa bölgəsinin Bərəliyas qəsəbəsində keçirdiyi həftəlik siyasi çıxışında İran İslam Respublikasının səfirinin Livanın Xarici İşlər Nazirliyinə çağırılmasına təəccüb etdiyini bildirib və deyib: İran səfiri Livanın silahından və gücündən müdafiə edir.
O əlavə edib: Səfirliklər ətrafa giriş-çıxış edərək, müdaxilə edirlər. ABŞ hökumətinin bəzi nümayəndələri çağırışlar və fərqli qərarlar çıxarırlar. Bu müdaxilə deyilmi?! ABŞ Livana müdaxilə etmir? Fransa müdaxilə etmir? Bütün təkəbbürlü dövlətlər Livana qarışmırmı?!
Şeyx əl-Qatan vurğulayıb: Bir müsəlman səfir "Livan sahib olduğu gücü əldən verməməlidir ki, sionistlər üçün asan hədəfə çevrilməsin" deyə paylaşım etdiyinə görə, nazir səs-küy saldı ki, o səfir Livanın izzət və gücündən danışa bilməsin.
Livanın sünni ruhani şəxsi ABŞ-ın imperialist təbiətinə toxunaraq qeyd edib: Bu vəziyyət bizə həqiqəti söyləməyi vacib edir və biz Allah yolunda heç bir qınayıcının qınağından qorxmuruq – düşmən nə qədər təkəbbürlü olsada.
O bildirdi: Bu düşmən nə qədər müdaxilə etməyə çalışsa da, vətənini sevən və Livanın gücünün onun qüdrətində olduğuna inanan bir qrup sədaqətli insan həmişə mövcud olacaq.
Şeyx əl-Qatan sözlərinə belə davam edib: Livanın gücü Amerika və sionistlərin iradəsinə və bu ölkənin düşmənlərinə təslim olmaqda deyil.
O əlavə edib: Livan heç vaxt sionistlərin mərkəzi və ya tranzit yolu olmayacaq. Bu ölkə onun övladlarına, xalqına, ailələrinə və onu sevib düşmənlərinə qarşı güclü qalmasını istəyən hər kəsə məxsusdur.
Rəyiniz